phone 055-3003591

email info@bmsanalytics.az

Biznes Proseslərin tərtib edilməsində (Business Process Mapping) ən çox verilən suallar

Sual 1.

Biznes Proseslərin tərtib edilməsində (Business Process Mapping) tapşırıqların (tasks, activities) yazılma standardı necə olmalıdır?

Cavab:
Ümumiyyətcə Biznes Proseslərin tərtib edilməsi (Business Process Mapping) dedikdə beynimizdəki fikirləri şəkil/təsvir formasında izah etmək başa düşülür. Başqa sözlə desək, rəssamlar kimi düşüncələrimizi şəkil ilə ifadə etmək deməkdir. Sadəcə rəssamlardan fərqli olaraq biznes prosesçinin istifadə etdikləri predmetlər fərqlidir.Hər ikisi “bir təsvirin min sözü əvəz etməsinə” inanıröz fikirlərini, düşüncələrini təsvir edərək izah edirlər. Bu tip yanaşmaq həyatımız hər bir yerində rast gələ bilirik. Məsələn, yol hərəkət nişanlarında heç bir cümlə yoxdur. Sadəcə cümlələri, fikirləri təsvir ilə izah etməyə çalışıblar.Giriş qadağandır, Hərəkət qadağandırfikirlərini təsvir edərək izah ediblər.




Hər bir tapşırıq tam dəqiq yazılmalıdır. Yəni KİM? NƏYİ? NƏ EDİR? suallarına cavab verir formasında tam dəqiq yazılmalıdır ki, fikir bitmiş olsun. Əgər Role-Map diaqramından istifadə edilərsə, o zaman KİM?-lər sütunlar üzrə ayrıca qeyd edilir və ona aid olan ZONA-da tapşırıqlar NƏYİ? NƏ EDİR? suallarına cavab verir formasında tam dəqiq yazılır.
Misal:

1. Müştəri hesabın açılması üçün ərizə formasını doldurur.
2.Filial müdiri sənədləri təsdiqləyir.
3.Satış ekspeditoru sifarişləri müştəridən alır.
4.       Anbardar sifariş məhsulların maşınlara yerləşdirir.
5.Anbardar fakturanı qəbul edir.
6.Satış operatoru sifarişləri təsdiqləyir.
7.Tələbə dərs qeydiyyatını aparır.

Sual 2
Biznes Proseslərin tərtib edilməsində(Business Process Mapping) tapşırıqları (tasks, activities) hansı dəqiqliyə kimi tərtib etmək lazımdır?

Cavab:
Proseslərin tərtib edilməsində(Business Process Mapping) tapşırıqları (tasks, activities) çox detallı yazmağa ehtiyac yoxdur. Biznes dəyərləri olan tapşırıqları qeyd etmək lazımdır. Biznes dəyərləri olan tapşırıqları aşağıdakılar üzrə qruplaşdıra bilərik. Bu qruplar bir mənalı olaraqMÜŞTƏRİ MƏMNUNİYYƏTİNƏtəsir edən əsas amillərdir.

1.Maliyyə:Hər bir prosesdə istifadə edilən xərclərin minimuma endirilməsi. Məsələn, insan resurslarının əməyini,  digər hesablama maşınlarının icra müddəti və s.
2.   Dəyişgənlik:  Sifarişçiyə çatacaq məhsulun/xidmətin bütün hissələrindəki dəyişgənliyi minimala endirilməsi.
3.İcra müddəti: Girişdən təhvilə (bitiş nöqtəsinə) kimi sərf olunan zamanın minimuma endirilməsi.
4.Gözləmə müddəti: Hər istifadəçidə sorğunun gözlədiyi müddəti minimuma endirilməsi.
5.Növbənin uzunluğu: Hər bir istifadəçiyə gələn sorğuların/sifarişlərin sayının optimal təyin edilməsi
Bu qruplara aid edilən tapşırıqlar adətən biznes proseslərin təsvirində qeyd edilir.Filial Müdiri sənədləri təsdiqləyirtapşırığında gözləmə müddəti var ki, müştəri məmnumiyyətinə ciddi təsir edir.