phone 055-3003591

email info@bmsanalytics.az

Məhsul Sahibi (product owner)

IT layihələrindən biri olan proqramlaşdırma layihələrinin əsas qəhramanlarından biri biznes analistlərdir. Onlar biznes dünyası ilə IT dünyası arasında əsas rol oynayan körpülərdən biridir. Biznes analistlər müştərinin (sifarişçinin) tələblərini analiz etməyi bacarmalı, onların biznesinə necə təsir edəcəyini analiz etməli, yekunda təsdiqlənmiş və əldə olunan tapşırıqları IT dünyasının təmsilçiləri olan Front-End/ Back-End proqramçıların, və verilənlər bazası mütəxəssilə-rininin anlaya biləcəkləri formaya çevirməlidirlər. Biznes dünyasının əsas istəkləri isə biznes proseslər və hesabatlardır. Başqa sözlə desək biznes analistlərin gördüyü işi iki hissəyə bölmək olar:

1- Biznes dünyasının tələblərini təyin etmək
2- Təyin edilmiş tələbləri IT dünyasının anlaya biləcəyi formaya çevirmək

Biznes analistlər hər iki addımı icra etmək üçün müxtəlif metod və üsullardan istifadə edə bilir. Agile Analiz metodologiyasının əsasını təşkil edən Giriş/Proses analizi bu metodlardan ən birincisidir. Lakin bu analizinin tətbiq edilməsi üçün biznes analistin bilməsi zəruri olan bəzi konseplər mövcuddur. Bunlara biznes proseslər, biznes proqram təminatlarının göstəriciləri, IT infrastruktur, analiz metodları və layihələndirmə metodlarıdır və s misal göstərmək olar. Buna görə ilk öncə biznes proseslər, ikinci biznes proqram təminatları və onların qurulması, üçüncü biznes analist üçün zəruri bilik və bacarıqlar, dördüncü olaraq isə Agile Analiz metodu - Giriş/Proses analizi (Input/Process analyse) metodunun tətbiqini bilinməlidir. Sonuncu isə digər layihələndirmə metodlarında biznes analist görəcəkləri işlər və diqqət edilməli nüanslar mənimsənilməlidir.

Ümumi olaraq aşağıdakı kimi qruplaşdıra bilərik:
1- Biznes və IT dünyasının əsas tələblərini başa düşməlisiz
2- Biznes dünyasının əsas tələblərindən biri olan biznes prosesləri tam anlamalısız
3- Biznes Proqram təminatının nədən ibarət olduğunu anlamalısız
4- IT dünyasının tələblərini anlamalısız
5- Müxətlif biznes analiz metodlarını anlamalısız
6- Giriş/Proses analizini tam həzm etməlisiniz
7- Biznes analist üçün zəruri olan digər bilik və bacarıqları müəyyən etməyi bacarmalısınız.

Ümumi olaraq göstərilən bütün başlıqlar biznes analistin addım-addım irəliləməsi üçün zəruri biliklər ardıcıllığına görə sıralanmışdır. Bu etapda biznes analist özünü artıq proqramlaşdırma layihənlərində MƏHSUL SAHİBİ (PRODUCT OWNER) kimi hiss edə bilər. MƏHSUL SAHİBİ (PRODUCT OWNER) müştərinin istək və tələblərini USER STORY halında qeyd edərək artıq PRODUCT BACKLOG-ları təyin edə bilər. 

Yazının Müəllifi Anar Rüstəmov,PhD,