phone 055-3003591

email info@bmsanalytics.az

Proqramlaşdırma üzrə Qrup Rəhbəri

PROQRAMLAŞDIRMA ÜZRƏ QRUP RƏHBƏRİ Mini MBA Proqramı tamamilə Azərbaycanda fəaliyyət göstərən yerli şirkətlər üçün nəzərə tutulmuş və beynəlxalq standartlar əsasında hazırlanmışdır. Mini MBA Proqramı həm nəzəri, həm praktiki əsaslar üzərində tədris edilir. Böyük sürətlə istəklərin dəyişildiyi müasir rəqabət bazarının əsas tələblərindən biri Rəqəmsal Transformasiya (Digital Transformation) müddətini qısa müddətdə keçməkdir. Eyni zamanda, Rəqəmsal Məhsulların ən qısa zamanda bazara vaxtında çıxması da çox önəmli faktorlardan biridir. Rəqəmsal Transformasiyanı, həmçinin Rəqəmsal Məhsulları qısa müddət ərzində, tələb olunan keyfiyyət, büdcə və resurslarla icra edib bazara çıxarmaq üçün kefiyyətli və ixtisaslaşmış kadrlara ehtiyac vardır.

Hal-hazırda təşkilat və müəssisələrdə kefiyyətli və ixtisaslaşmış Proqramlaşdırma Qrup Rəhbəri (Scrum Master) kadrlarının olmaması onların proqramlaşdırma layihələrində aşağıdakı kimi problemlər ilə üzləşmələrinə səbəb olur:

■ Biznes Analistlərin istifadə etdikləri metod və üsulların tətbiqi
■ Məhsul Sahiblərinin istifadə etdikləri metod və üsulların tətbiqi
■ Müştərilərlə ünsiyyət
■ Tələblərin dəqiq təyin edilməsi
■ Dəqiq Texniki Tapşırığın yazılması
■ Biznes Analistlərin Proqramlaşdırma Komandası ilə ünsiyyətini
■ İstifadə olunan Task Management sistemi
■ Proqramlaşdırma Komandasına tapşırıqların dəqiq təyin edilməsi
■ Front-End/Back-End Proqramistlərə, DB mütəxəssisinə, Testerlərə, UI/UX dizaynerə verilən tapşırıqların dəqiq təyin edilməsi
■ Tapşırıqların statusun izlənməsi
■ Kodlaşdırma və test müddətinin təyin edilməsi
■ Proqramlaşdırma komandasının həftəlik 40 saatının effektiv istifadə edilməsi
■ Proqramlaşdırma müddətinin effektiv istifadə edilməsi
■ Funksional xətaların təkrarlanması
■ Test Ssenarilərin dəqiq qurulması
■ Yeni tələb və dəyişikliklər olduğu zaman inteqrasiyasının edilməsi
■ Layihənin bitmə müddətinin təyin edilməsi
■ Proqramlaşdırma Komandasının fərdi inkişaf proqramının tətbiqi
■ Proqramlaşdırma Komandası performasının dəyərləndirilməsi
■ Təşkilat və müəssisənin Proqramlaşdırma Komandasından asılılıolması
■ Proqramlaşdırma Komandasının iş yükünün təyin edilməsi
■ Bütün tələblərin qarşılanmasının və layihənin bitməsinin analizi
■ Cari proqramlaşdırma standartlarının (Software Development Life Cycle) analizi
■ Biznes Proseslərin dəqiq tərtib edilməsi
■ Biznes Proseslər üzrə data analizinin edilməsi
■ Software Arxitekturanın tətbiq edilməsi
■ DevOps alətlərinin tətbiq edilməsi və s


Proqramlaşdırma Qrup Rəhbəri (Scrum Master) Kefiyyətli və ixtisaslaşmış kadrların hazırlanması üçün heç bir ali və orta tədris müəssisələrinin olmaması bazarda ciddi kadr çatışmazlığı yaratmışdır. Bunu nəzərə alaraq Mini MBA Proqramına 3-cüi dəfə start verilmişdir.

Bundan öncəki 1-ci və 2-ci sessiya üzrə Mini MBA Proqramımız görüntülərini sizə təqdim edirik.

1-ci sessiyada İnnovasiyalar Agentliyi,Dövlət Reklam Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi Aris MMC və Baku Electronics MMC-nin əməkdaşları qatılmışdır.
2-ci sessiyada isə Modenis şirkəti, Veysəloğlu şirkəti , Sinam şirkəti, RS Group Design Şirkəti, Sinam şirkətinin nümayəndələri iştirak etmişdir.

Proqramlaşdırma Qrup Rəhbəri Proqramı

■ Biznes Kanvas Modeli
■ Şirkətin Xidmətləri və Məhsulları
■ Rəqəmsal Psixologiya
■ Sistemli düşünmə (System Thinking)
■ İstifadəçi Hekayəsi konsepti (User Story Concept)
■ Prioritetlərin verilməsi
■ Product Backlog-ların qurulması
■ Tapşırıqların IT mütəxəssiləri arasında paylanması
■ Agile Manifesto-nun ümumi izahı
■ Scrum Artifacts nədir?
− Müştərinin tələblərini necə təyin etməli
− Maraqlı tərəflərin analizi və tələblərinin ölçülməsi
− Product Backlog-lar necə qurulmalıdır
− Modullar, təhvil verilmə prosedurları
− Sprint Backlog-ların təyin edilməsi
− Tələblərdən tapşırıqların təyin edilməsi
− Tapşırıqlara zamanın təyin edilməsi
− Tapşırıqlara prioritetlərin verilməsi
■ Scrum Komandası kimlərdir
− Development Team kimlərdir?
− Biznes analistin scrum komandasında rolu
− Biznes Prosesçinin scrum komandasında rolu
− Sofware Architecture-nın scrum komandaya tətbiq edilməsi
− DevOps Alətlərdən istifadə edilməsi
■ Scrum Events − Sprint nədir?
− Sprintləri necə Planlamaq olar?
− Zamana və Keyfiyyətə necə nəzarət etmək olar?
− Mütəmadi toplantıların keçirilməsi (Daily Scrum)
− Layihələndirməyə ümumi nəzərət mexanizminin qurulması
■ DoD (Definition of Done) konsepti
■ Software Arxitektura standartı
■ DevOps alətləri
■ Məlumat daşıyıcı
■ Front-End/Back-End proqramistlərin tələbləri
■ Front-End proqramlaşdırma standartları
■ Back-End proqramlaşdırma standartları
■ UI/UX Standartları
■ Testing və ssenarilərin aparılması
■ Məhsulun təhvil verilməsi standartları
■ Agile metodologiyaları haqqında

Proqramlaşdırma Qrup Rəhbəri Proqramının Ödənişi Təlimin onlayn qiyməti 250 AZN.
Təlim başlamamışdan öncə 50 % ilk ödəmə olur.
Digər 50 % kursun sonuna yaxın ödənilir.
Ödəniş köçürmə və nağd üsulla həyata keçirilə bilər. Business Management School MMC-nin məzunlarına 25 azn endirim var.
-1 şirkətdən 2 nəfər gəlsə 1 nəfərə 20 AZN.
-1 şirkətdən 2 və daha artıq əməkdaş gələrsə 1 nəfərə 30 AZN endirim edilir.

Proqramlaşdırma Qrup Rəhbəri Proqramının Müddəti 

Proqram 14 saat dərs və 60 saatlıq ev tapşırığı müddətini əhatə edir.

Ev tapşırıqları qrup üçün yaradımış google drive qovluğuna yerləşdirilir. Hər bir iştirakçı qoyulmuş zamana qədər həmin tapşırığı edib, öz adına yaradılmış xüsusi google drive qovluğuna yerləşdirilir. Müəllim hər iştirakçının tapşırığına baxıb, onunla individual tapşırıq üzərində işləyir.

Proqramın 80 %-i praktika üzərindən tədris edildiyi üçün ev tapşırığı edilməkdə iştirakçı təlimi davam etdirə bilməyəcək. Bu tapşırıqlar real şirkət keysləri əhatə edəcəkdir.

Həftə içi (1-ci və 3-cü gün) 19:00-21:00 

Qalan günlər isə ev tapşırığının həlli günləri olacaq.

Proqram Zoom onlayn platforma üzərindən tədris ediləcək. Proqram müddətində prosesləri operativ həll etmək üçün mail və whatsapp qruplar yaradılacaq.

Mini MBA Proqramının üstünlükləri 

Mini MBA Proqramına daxil olan ixtisaslardan məzun olanlar Rəqəmsal Məhsulların hazırlanmasında dünya standartlarına malik bilik və təcrübə əldə etmiş olacaqlar. Dünyanın ən son trendlərindən biri olan Agile Yanaşmanın əsas konseptlərini dərindən bilmiş olacaqlar. Təşkilat və müəssisələrdə kefiyyətli və ixtisaslaşmış Agile Biznes Analist, Məhsul Sahibi, Agile Layihə Rəhbəri, Proqramlaşdırma Qrup Rəhbəri (Scrum Master), Agile Biznes Prosesləri üzrə Mütəxəssis kadrlar olduqdan sonra proqramlaşdırma layihələrində heç bir ciddi problemlər ilə üzləşməyəcəklər.Bundan başqa proqramı bitirən məzunların işlə təminatında yardımçı oluruq.
Bunun üçün həmin şəxslər bu linklə qeydiyyatı doldura bilər və onları potensial namizəd kimi dəyərləndirə bilərik. https://www.bmsanalytics.az/karyera