phone 055-3003591

email info@bmsanalytics.az

"Prosessiz", eqolu və ya bilincsiz rəhbərlər

"Prosessiz", eqolu və ya bilincsiz rəhbərlər

Hal-hazırda bizim şirkətlərin idarəetmədə çəkdikləri əsas əziyyətləri aşağıdakı kimi qruplaşdıra bilərik:

 1. Planlamada problemlərin yaranması
 2. Müştəriyə sifarişin təhvil vermə müddətini deyəndə xətaların olması
 3. İşlərin düzgün bölüşdürülməməsi
 4. Müəyyən işçilər məzuniyyətə gedəndə və ya icazə alanda xaosun yaranması
 5. Rəhbərliyin çox işləyib və işçilərin az və effektiv işləməsini müşahidə etməsi
 6. Strateji işlərdən çox, xırda idarəetmə işlərinə vaxtın ayrılması
 7. Tək mərkəzli qərar qəbuletmə sistemi
 8. Hesabatların zəif olması
 9. Satın alma və maliyyə hesabatlarına baxdığımız zaman müqayisə etmək üçün KPI-ların olmaması
 10. və s. yüzlərlə maddələr göstərmək olar.
 
Məsələ burasındadır ki, bu sadalanan problemləri ABŞ və Avropanın qabaqcıl şirkətləri 80-ci illərdə yaşayıblar və həllini tapıblar. Yəni yenidən amerika kəşf etməyə ehtiyac yoxdur. İndi onlar daha faydalı işlərlə məşğuldurlar: biznesin inkişafı, satışın artırılması, biznes analitika, fərdi kompaniyalar və s. Onların etdikləri həll isə çox sadədir:
1. Biznes Prosesləri optimallaşdırılması üçün Biznes Proseslərin idarəedilmsi şöbəsini qurullar
2. Biznes analist prosesləri onlardan təhvil alır və IT ilə inteqrasiyanı təmin edir
3. Ən sonra IT infrastrukturunu və strategiyasını tətbiq edərək prosesləri avtomatlaşdırmaq lazımdır.

Bu üç mərhələ tətbiq edildikdən sonra isə yuxarıda sadalanan problemlər demək olar ki, 80-90% azalır. İndi məsələ "Əgər o əjdahadan varsa, niyə burda yoxdur" misalına çevrilir. Əgər böyük və ya kiçik şirkət rəhbərlərimizin etdikləri şikayətlərin həlli varsa, bəs niyə həllini tətbiq etmirlər. Mənə görə cavab 3 səbəbdəndir:

 1."Prosessiz" rəhbərlər
 2. Eqolu rəhbərlər
 3. və ya bilincsiz rəhbərlər
 
olduqlarına görədir.